Qarabağ erməniləri Azərbaycanla dialoqa başlamalıdır, çünki bu stabillik və rifaha aparan yeganə yoldur. Bu barədə Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanov bəyan edib.
“Son günlər ermənilər sosial şəbəkələrdə Xankəndidə və ermənilərin yaşadığı digər məntəqələrdə qaz, elektrik enerjisi və su təchizatı iə əlaqədar problemlər barədə yazırlar. Birməmalı olaraq, Azərbaycan nəinki bütün bu problenləri həll edə bilər, həm də Qarabağ ermənilərini iş, layiqli həyat və rifah ilə təmin edə bilər. Lakin Qarabağdakı bir qrup separatçılar buna əngəl olur, yerli erməni əhalisini özlərinin yersiz və təhlükəli ambisiyalarının girovluğunda saxlayırlar”, - Ağacanov “İnterfaks-Azərbaycan”a Qarabağ ermənilərininin Azərbaycan cəmiyyətinə inteqrasiyası perspektivlərini şərh edərkən bildirib.
Onun rəyinə görə, bu gün, Qarabağ ermənilərinin taleyi İrəvandan və “Qarabağ separatçılarının yerli başçılarından” asılı olmayacağı unikal vəziyyət formalaşır.
Ağacanov hesab edir ki, Birinci və İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı cinayətlərdə əli olan şəxslər Qarabağ ermənilərinin maraqlarını təmsil edə bilməzlər. “Həmin şəxslər Qarabağ ermənilərini uçuruma sürükləyirlər, buna görə Azərbaycana qarşı hərbi cinayətlərlə əlaqələri olmayan şəxsiyyətlərin ön plana çıxması çox vacibdir. Yalnız belə etibarlı dialoq təşkil etmək və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını həyata keçirmək mümkündür. Bu, sülh və sabitliyə doğru yeganə yoldur, buna məhəl qoymamaq – Qarabağ ermənilərini “miatsum” və qondarma “böyük Ermənistan” sərsəm ideyalarının girovu etmək deməkdir”, - Ağacanov vurğulayıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət