Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Əminəm ki, biz bərpaolunan enerji sahəsində uğur qazanacağıq. Dünya enerji bazarında cari vəziyyəti nəzərə alaraq hesab edirəm ki, biz daha geniş mənzərəyə nəzər sala bilərik. Əlbəttə ki, OPEC+ formatında aramızda mükəmməl əməkdaşlıq var. Mən məqsədlərimizə maksimal şəkildə çatmaq üçün potensiala, potensial sərmayələrə və bu sahədə birgə fəaliyyətə daha geniş nəzər salmağı düşünürəm”, - deyə prezident bildirib.
Öz növbəsində, nazir Suhail Al Mazrouei BƏƏ-nin bərpaolunan enerjinin inkişaf etdirilməsi məsələsində Bakını dəstəkləməyə hazır olduğunu qeyd edib.
“Birləşmiş Ərəb Əmirlikləri və “Masdar” şirkəti olaraq Sizi əmin etmək istərdik ki, bərpaolunan enerji ilə bağlı strategiyanıza dəstək olmağa sadiqik. Biz, həmçinin digər layihələrdə iştirakda maraqlıyıq. Mənim azərbaycanlı həmkarımla müzakirə apardığım kimi, məsələn, qaz mövzusu. Bugünkü vəziyyətə nəzər salsaq, mənbələrin şaxələndirilməsi üçün Azərbaycandan Avropaya daha çox qaz nəql oluna bilər. Eləcə də, hidrogen. Qaz kəmərindən istifadə etməklə gələcəkdə hidrogen Azərbaycanın ixrac edə biləcəyi yaşıl enerjinin bir forması ola bilər”, - deyə o vurğulayıb.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət