Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il fevralın 28-nə 1 milyard 334,4 milyon manat təşkil edir ki, bu da ötən ilin sonuna olan göstəricidən 25,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin fevral ayında bankların xarici öhdəlikləri 25,2% və ya 268,5 milyon manat artıb.
AMB-nin məlumatına görə, fevralın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 5 milyard 671,6 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2,3% azdır.
Fevral ayında bankların xalis xarici aktivləri 466,2 milyon manat və ya 7,6% azalıb.
2021-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 12,9% azalıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
Fevralın sonuna Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malik olub.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət