Ermənistan Qarabağ üzrə üçtərəfli bəyanatın müddəalarını pozur və Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına əngəllər törədir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
Azərbaycan XİN-in məlumatına görə, bu barədə Bayramov Almaniyanın federal kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner ilə görüş zamanı bəyan edib.
“Görüş zamanı tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, Azərbaycan və Avropa İttifaqı münasibətləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.Bayramov həmsöhbətinə Cənubi Qafqaz bölgəsində post-münaqişə dövründə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycanın atdığı addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə Ermənistan tərəfindən birgə bəyanatın müddəalarının pozulması və sülh və sabitliyin təmin olunmasına əngəllərin törədilməsi ilə bağlı ətraflı məlumat verib”, - XİN-dən bildirilir.
Həmçinin, Bayramov bölgənin gələcək sülh şəraitində inkişafına dair Azərbaycanın baxışı ilə bölüşüb.
“Görüşdə tərəflər, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Cənubi Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi (Azərbaycan qazının Avropaya nəqli üzrə - İF), enerji sahəsində əməkdaşlıq perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər”, - XİN-in məlumatında deyilir. **
R.Əhmədov
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət