2022-ci ilin yanvar ayında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 1 milyard 613 milyon 199,82 min kubmetr təşkil edib ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 44% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri $803 milyon 301,51 min (artım 8 dəfə) təşkil edib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 26%-i qaz ixracının payına düşüb”, - Komitədən qeyd ediblər.
Komitənin məumatına görə, yanvarda qaz ixracının ən iri həcmi İtaliyanın payına düşüb - $494 milyon 583,96 min dəyərində 490 milyon 165,84 min kubmetr (bütün tədarükün 30,4%-i).
Yanvarda ölkələr üzrə qaz ixracının strukturu aşağıdakı kimidir:
Ölkə |
Həcm (min kubmetr) |
Gəlir (min ABŞ dolları) |
Türkiyə |
715 360,23 |
174 458,69 |
Gürcüstan |
300 987,91 |
43 236,6 |
İtaliya |
490 165,84 |
494 583,96 |
Bolqarıstan |
26 442,53 |
6 245,88 |
Yunanıstan |
80 243,31 |
84 776,37 |
Cəmi |
1613199,82 |
803301,5 |
Energetika Nazirliyinin proqozlarına görə, bu il “Cənub Qaz Dəhlizi” ilə Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya - 9,1 milyard kubmetr təşkil edəcək.
Azərbaycan 2021-ci ildə 19,2 milyard kubmetr qaz, həmçinin Avropaya 8 milyard kubmetrdən çox qaz ixrac edib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan əlavə, həmçinin Azərbaycan qazı Türkiyə və Gürcüstana ixrac olunur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət