2022-ci ilin yanvar-mart aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 5 milyard 101 milyon 621,202 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
2 milyard 737 milyon 900,661 min manat (azalma 10,6%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 501 milyon 173,147 min manat (azalma 28%) olub. İlkin bazarda 347 milyon 758,56 min manatlıq, təkrar bazarda 153 milyon 414,587 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 2 milyard 236 milyon 727,515 min manat (azalma 5,5%) təşkil edib. İlkin bazarda 2 milyard 229 milyon manatlıq, təkrar bazarda 7 milyon 486,256 min manatlıq not yerləşdirilib.
Yanvar-mart aylarında BFB-nin ümumi dövriyyəsində 224 milyon 405,09 min manat (artım 67%) korporativ bazarın, o cümlədən 130 milyon 145,162 min manat ilkin bazarın (artım 2,2 dəfə), 94 milyon 259,928 min manat təkrar bazarın (artım 27,6%) payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 97 milyon 452,916 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 116 milyon 727,522 min manat, səhmlərin yerləşdirilmə həcmi 10 milyon 224,652 min manat təşkil edib.
I rübdə BFB-nin ümumi dövriyyəsində 2 milyard 139 milyon 315,45 min manat (artım 2 dəfə) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, martın sonuna birjanın kapitallaşması 4 milyard 80 milyon 241,04 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 6,6% azdır.
2021-ci ildə Bakı Fond Birjasının dövriyyəsi 18,6% - 15,3 milyard manata qədər artıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət