Azərbaycan Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə nümayəndə heyəti formalaşdırıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. Bu barədə Azərbaycanın dövlət başçısının saytında məlumat verilir.
Nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysi daxildir.
Məlumatda qeyd olunur ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair geniş müzakirələr aparıldı. Həmçinin, 30 il ərzində ölkələrimiz arasında “uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu, xüsusilə enerji sahəsində sıx əməkdaşlığın həyata keçirildiyi” bildirildi.
Tərəflər regional məsələlər barədə fikir mübadiləsi aparıblar, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə ediblər.
Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi dağıntıları, maddi-mədəniyyət abidələrimizin, 60-dan çox məscidin dağıdıldığını və onlardan tövlə kimi istifadə olunduğunu qeyd etdi.
O, işğal dövründə ərazilərimizdə Ermənistan tərəfindən çox sayda minaların basdırıldığını deyib. Prezident Əliyev hazırda Azərbaycanın üzləşdiyi mina problemini vurğuladı, bu xüsusda ABŞ-ın dəstəyinin əhəmiyyətini qeyd etdi.
Məlumatda deyilir ki, dövlət başçısı Birinci Qarabağ müharibəsindən etibarən 4 mindən çox soydaşımızın itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını bildirdi, həmin məzarlıqların yerləri haqqında Ermənistan tərəfindən məlumatın verilməsinin vacibliyini vurğuladı və bununla əlaqədar ABŞ hökumətinin dəstəyinin zəruriliyini qeyd etdi.
Görüşdə regionda davamlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət