Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Ermənistan anlamalıdır ki, təcrid edilmiş “ada” rejimində qalmaq olmaz. Azərbaycanla münasibətlər qurmaqla, eyni zamanda, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməklə, o, üçtərəfli əməkdaşlıq prosesinə əngəl olmamalıdır”, - Əliyev cümə günü “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Prezident qeyd edib ki, daha öncə Ermənistan müxtəlif səviyyələrdə, xüsusilə XİN başçıları, müxtəlif müətəxəssislər, həmçinin vətəndaş cəmiyyətləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi ilə bağlı bir neçə təklifdən imtina edib.
“Tərəfdaşlarımıza bu məsələ məlumdur. Onların imtina səbəbini heç kim bilmir, çünki bu yanaşmanı səmərəli hesab etmirəm. Əgər regionun gələcəyinə nəzər yetirsək, o zaman Ermənistanın siyasəti regional təhlüküsizlik, Cənubi Qafqazın inkişafı və əməkdaşlıq çərçivəsində heç bir məntiqə sığmır. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlər qurmalıdır, həmçinin ərazi iddialarından əl çəkməlidir”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət