Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinken məlumat verib ki, çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Vaşinqtonun Bakı və İrəvan arasında danışıqlara necə yardım edə biləcəyini müzakirə edib.
“Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə söhbət etdim, Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bu yaxınlardakı müsbət təkanı necə dəstəkləyə biləcəyini müzakirə etdik”, - Blinken özünün Twitter hesabında yazıb.
Öz növbəsində, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays məlumat verib ki, Blinken və Əliyev telefon danışığı əsnasında “bu yaxınlardakı müsbət təkanı və sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiya yollarının açılması, həmçinin qalan erməni dustaqların azad olunması daxil olmaqla, Cənubi Qafqazda sülhə doğru gələcək konkret addımları müzakirə ediblər”.
ABŞ Dövlət katibi təsdiq edib ki, Vaşinqton ikitərəfli əsasda və həmfikir tətəfdaşlarla, o cümlədən “ATƏT-in Minsk qrupunun həmsədri rolu” çərçivəsində Bakı və İrəvana uzunmüddətli, hərtərəfli sülhə nail olmağa yardım etməyə hazırdır.
ABŞ Dövlət Departamentinin saytında məlumat verilir ki, həmçinin Blinken insan haqları və əsas azadlıqlara ciddi riayət etməyin vacibliyini vurğulayıb və Aropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rol oynamağa davam etdiyini təsdiq edib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət