Azərbaycan 2022-ci ilin I rübündə 50 min 442,61 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində $52 milyon 389,94 min (artım 21,9 dəfə) təşkil edib.
$45 milyon 348,48 min dəyərində 43 min 12,19 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 85,3%-i) Rusiyadan, 7 milyon 41,46 min dəyərində 7 min 430,42 ton avtomobil benzini isə Türkmənistandan idxal edilib.
Benzin idxalı 2022-ci ilin fevral və mart aylarında həyata keçirilib.
2021-ci ilin I rübündə Azərbaycana AI-92 markalı avtomobil benzini Gürcüstandan idxal edilib.
“Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək 15%-dən 0%-ə endirilib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini 2022-ci ilin aprel ayının əvvəlindən planlı təmirə dayandırılmış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət