Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, İran “3+3” formatı çərçivəsində növbəti görüşə ev sahibliyi edəcək.
“Biz İranın regional formatlar, o cümlədən “3+3” mexanizmi (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, RF və İran) çərçivəsində əməkdaşlıq məsələsi ilə bağlı konstruktiv mövqeyini alqışlayırıq. İran yaxın gələcəkdə bu formatda görüşə ev sahibliyi edəcək (birinci görüş 2021-ci ilin dekabr ayında Moskvada keçirilib – İF)”, - deyə o, bu gün Tehranda iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
İranın “Mehr” agentliyinin məlumatına görə, nazir qeyd edib ki, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının artırılmasına kömək etməyə hazırdır.
O, həmçinin vurğulayıb ki, Bakı və Tehran avtomobil və traktorların birgə istehsalı (Azərbaycanda – İF) ilə bağlı razılığa gəlib.
Cənubi Qafqazda baş verən proseslərə toxunan C.Bayramov deyib ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa səy göstərir: “Biz Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsinin və beynəlxalq əlaqənin bərpasına hazır olduğumuzu bəyan etmişik”.
XİN başçısı qeyd edib ki, Azərbaycanla İran arasında xarici ticarət əlaqələri cari göstəricilərdən yüksək ola bilər. “2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 30%, 2022-ci ilin ilk 5 ayı ərzində isə ticarət həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% artmasına baxmayaraq, kommersiya və iqtisadi imkanlar daha yüksək ola bilər”, - deyə nazir vurğulayıb.
C.Bayramov, həmçinin bildirib ki, Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət