Avropa İttifaqı (Aİ) və Azərbaycan qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalamağı planlaşdırır. Bu barədə “EUobserver” internet nəşri xəbər verir.
“Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq Xəzər təbii qazının Avropa İttifaqına və ola bilsin ki, Qərbi Balkan ölkələrinə tədarükünü (diversifikasiyanın artırılması üçün) nəzərdə tutur. Tərəflər 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr həcmində ikitərəfli təbii qaz ticarətinə ümid edir. Bu, Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli sərmayənin yatırılmasına səbəb olacaq”, - deyə nəşr saziş layihəsinə istinadən bildirir.
“EUobserver”in məlumatına görə, memorandumun imzalancağı tarix açıqlanmır, lakin hər iki tərəfin rəsmiləri iyulun 19-da Brüsseldə danışıqlar aparacaq, Aİ-nin enerji üzrə komissarı Kadri Simson isə bu ayın sonunda Bakıya səfər edəcək.
Memorandum, həmçinin Aİ ilə Azərbaycan arasında, o cümlədən Qara dəniz və Naxçıvan Muxtar Respublikası vasitəsilə qarşılıqlı elektrik əlaqəsinin inkişafını nəzərdə tutur.
“Memorandumun mətnində Aİ-nin iqlim dəyişikliyi və ətraf mühit sahəsində hədəflərindən bəhs edilir. Xüsusilə mövcud infrastrukturu (CQD – İF) gələcəyə davamlı və hidrogenə hazır vəziyyətə gətirmək, həmçinin metan emissiyalarını və ətraf mühitin çirklənməsini azaltmaq ehtiyacından bəhs edilir. Tərəflər, həmçinin yandırılan və ya atmosferə atılan yaxud da qazpaylayıcı şəbəkədə itən təbii qazın yığılması sxemlərinin yaradılmasını dəstəkləyir”, - deyə layihədə bildirilir.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Avropaya qaz ixracının 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.*
N.Abbasova
11 ay ərzində Azərbaycanda pul bazası 5% artıb, noyabrda 0,4% azalıb
11 ay ərzində AMB-nin valyuta ehtiyatları 18% artıb
10 ay ərzində Çindən Azərbaycana $120 milyonluq minik avtomobili ixrac edilib
Gəncədə xəstəxananın əsaslı təmirinə 1 milyon manata yaxın vəsait yönəldiləcək
13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
İsrail Qəzzaya hücumları intensivləşdirib
İsrail və HƏMAS girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək