Azərbaycan 2022-ci ilin yanvar-may aylarında 148 min 79,29 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 29,6 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində $169 milyon 900,72 min (artım 71,2 dəfə) təşkil edib.
$122 milyon 143,5 min dəyərində 106 min 456,58 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 72%-i) Rusiyadan idxal edilib.
Qalan həcm ($41 milyon 731.96 min dəyərində 36 min 571 ton avtomobil benzini) Türkmənistandan və Rumıniyadan ($2 milyon 27.08 min dəyərində 1 min 525,41 ton avtomobil benzini) idxal edilib.
Benzin idxalı 2022-ci ilin fevral-may aylarında həyata keçirilib.
2021-ci ilin yanvar-may aylarında Azərbaycana AI-92 markalı avtomobil benzini Gürcüstandan idxal edilib.
Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək 15%-dən 0%-ə endirilib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini 2022-ci ilin aprel ayının əvvəlindən 50 gün müddətinə planlı təmirə dayandırılmış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət