Son bir il ərzində Azərbaycanda fiziki şəxslərin nağdsız ödənişlərinin göstəricilərində yüksək artım dimanikası müşahidə olunur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin baş mütəxəssisi Rəşad Qasımov bəyan edib.
“Son bir il ərzində Azərbaycanda nağdsız ödənişlərin göstəricilərinin yüksək artım dimanikası müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2022-ci ilin birinci yarısı ərzində ölkədə ödəniş kartları ilə nağdsız əməliyyatların həcmi 2,2 dəfə artaraq 9,9 milyard manata çatıb”, - Qasımov AMB-nin mətbuat xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ödəniş kartları vasitəsilə həyata keçirilən daxili əməliyyatlar üzrə nağdsız dövriyyənin xüsusi çəkisi 12.2 f.b artaraq 40,4% təşkil edib.
“Bundan əlavə, daxili elektron ticarətin həcmi 2,8 dəfə - 7,4 milyard manatadək, POS-terminallar vasitəsilə nağdsız ödənilərin həcmi isə 41% - 2,5 milyard manatadək artıb”, - Qasımov deyib.
O, həmçinin vurğulayıb ki, kontaktsız ödənişlərin həcmi və sayı 2021-ci ilin analoji dövrünün göstəricilərini müvafiq olaraq 2,1 dəfə və 2,8 dəfə ötüb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət