2022-ci ilin I yarısında Azərbaycan 9 min 666,18 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 47,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Qabığı təmizlənmiş meşə fındığının ixrac dəyəri $55 milyon 586,73 min (artım 38%) təşkil edib.
İtaliya, Rusiya və Almaniya Azərbaycan fındığının əsas idxalçıları olub.
Yanvar-iyun aylarında İtaliyaya $23 milyon 456,51 min dəyərində 3,762 min ton, Rusiyaya 3 min 47,86 ton ($16 milyon 924,38 min), Almaniyaya 1,675 min ton ($10 milyon 583,78 min) meşə fındığı ixrac edilib. İxracın qalan həcmi digər ölkələrin payına düşüb.
Azərbaycan dünyada meşə fındığının ən iri istehsalçılarından və ixracatçılarından biridir.
Azərbaycan 2021-ci ildə $108,8 milyon dəyərində (2020-ci illə müqayisədə azalma 4,5%) meşə fındığı ixrac edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət