2022-ci ilin sentyabr ayında Qazaxıstanın “Bİ-Group” Holdinqi Füzuli şəhərində (Qarabağ İqtisadi rayonu - İF) uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşasına başlayacaq.
“Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi inşa ediləcək. “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə Mərkəzinin tikinti layihəsini təqdim edib”, - “İnterfaks-Azərbaycan” agentliyi Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat verib.
Mərkəzin inşası Qazaxıstan prezidentinin tapşırığı əsasında həyata keçiriləcək. İkimərtəbəli binanın ümumi sahəsi 3100 kvadratmetr təşkil edəcək, Mərkəz 600 uşaq üçün nəzərdə tutulur.
“Mərkəzin inşasına cari ilin sentyabr ayında başlanacaq və 2023-cü ilin dekabr ayında tamamlanacaq”, - məlumatda deyilir.
Kurmanqazı adına Mərkəzinin əsas iş sahələri aşağıdakılar olacaq: vokal və musiqi alətləri, robototexnika, 3D modelləşdirmə, veb-dizayn, fotoqrafiya və video çəkiliş. Bundan əlavə, sənətkarlıq, o cümlədən xalçaçılıq və dulusçuluq, müxtəlif idman növləri və xoreoqrafiya üzrə təlimlər keçiriləcək.
“Mərkəz Qazaxıstan xalqının Azərbaycan xalqına hədiyyəsi olacaq və ölkələrimiz arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyi özündə təcəssüm edəcək”, - Tokayev bəyan edib.
Əliyev layihənin icrasına görə Tokayevə təşəkkür edib və bu Mərkəzin Füzuli şəhərinin uşaqları üçün dünya səviyyəli incəsənət meydançası olacağına ümidvar olduğunu bildirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət