Bolqarıstanın energetika naziri Rozen Xristov azərbaycanlı həmkarı Pərviz Şahbazovla telefon vasitəsilə danışıb, tərəflər Azərbaycan qazının IGB interkonnektoru vasitəsilə Bolqarıstana kommersiya tədarükünə başlanması tarixini müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentiyi Bolqarıstan Energetika Nazirliyinə istinadən məlumat verib ki, Şahbazov söhbət zamanı Xristovu əmin edib ki, 1 oktyabr 2022-ci il tarixindən etibarən Azərbaycan qazı IGB interkonnektoru vasitəsilə (Yunanıstan-Bolqarıstan) Bolqarıstana nəql olunacaq.
“Söhbət əsnasında toxunulan mövzulardan biri də əlavə qaz həcmlərinin (razılşadırılmış həmcdən artıq - İF) Bolqarıstana texniki nəqli imkanı ilə əlaqədar olub”, - məlumatda vurğulanır.
Nazirlik qeyd edir ki, ötən həftə Xristov elan edib ki, istilik mövsümü üçün zəruri həcmləri təmin etmək və zəmanət vermək məqsədilə Bolqarıstana təbii qaz tədarükünün artırılması ilə bağlı Azərbaycanla danışıqları bərpa edir.
Daha əvvəl Bolqarıstanın sabiq baş naziri Kiril Petkov bəyan edib ki, Azərbaycan Bolqarıstana qaz nəqlini 0,5-1 milyard kubmetr artırmağa hazırdır, lakin bunun üçün infrastruktur həll tapmaq lazımdır.
Hazırda Bolqarıstan Azərbaycandan qaz alan Aİ-nin üç ölkəsindən biridir.
Öncə energetika naziri Pərviz Şahbazov bəyan edib ki, Azərbaycan 2022-ci ildə Bolqarıstana 600 milyon kubmetr qaz ixrac edəcək (2022-ci ilin ilk yarısında 160 milyon kubmetr).
2021-ci ildə Azərbaycandan Bolqarıstana qaz ixracı 280 milyon kubmetr təşkil edib.
Azərbaycan qazının TAP ilə Avropaya – İtaliya, Yunanıstan və Bdanışıqlar olqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi planlaşdırıldığından bir neçə dəfə az – ildə 1 milyard kubmetrə qarşı 250-300 milyon kubmetr olub.
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) 2022-ci ilin iyul ayında istifadəyə verilib, bu da Azərbaycandan Bolqarıstana qaz nəqlini artırmağa imkan verir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət