2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 19 milyard 115,7 milyon kVt·st olub.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə elektrik enerjisinin istehsalı İES-lərdə 17 milyard 560,3 milyon kVt·st (artım 0,8%), SES-lərdə 1 milyard 308,5 milyon kVt·st (artım 35,3%), digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 246,9 milyon kVt·st (artım 4,7%) olub. Külək elektrik stansiyalarında 59,3 milyon kVt·st, günəş elektrik stansiyalarında 43,9 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
8 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 17 milyard 221,6 milyon kVt·st (İES-lərdə 16 milyard 11,7 milyon kVt·st, SES-lərdə 1 milyard 209,9 milyon kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 323,9 milyon kVt·st (İES-lərdə 196,4 milyon kVt·st, SES-lərdə 87,1 milyon kVt·st, GES-də 40,4 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 43,5 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 526,7 milyon kVt·st təşkil edib.
2022-ci ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinin ixracı 1 milyard 406,4 milyon kVt·st (artım 44,7%), idxalı isə 94,3 milyon kVt·st (azalma 14,7%) olub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət