Azərbaycan 2022-ci ilin yanvar-iyul aylarında 185 min 475,32 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 37,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində $211 milyon 642,82 min (artım 88,7 dəfə) təşkil edib.
$154 milyon 791,2 min dəyərində 136 min 693,12 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 73,7%-i) Rusiyadan, qalan həcm Türkmənistandan ($49 milyon 597,21 min dəyərində 42 min 831,33 ton), Qazaxıstandan ($3 milyon 998,18 min dəyərində 3 min 526,29 ton) və Rumıniyadan ($3 milyon 256,24 min dəyərində 2 min 424,57 ton) idxal edilib.
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana AI-92 markalı avtomobil benzini yalnız Gürcüstandan idxal edilib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini 2022-ci il aprel ayının 4-dən 50 gün müddətinə planlı təmirə dayandırılmış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək 15%-dən 0%-ə endirilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət