Bakı və Bişkek Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın inkişafı üçün beşillik proqram hazırlayacaq. Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.
“Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi biz birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldik. Əminəm ki, ikitərəfli münasibətlərimizin gələcək inkişafı çox müsbət olacaqdır. Biz Azərbaycan investorlarının Qırğızıstana gəlişinə şad olarıq və iqtisadi sahələrdə əməkdaşlığa hazırıq”, - deyə o, oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib.
S.Japarovun sözlərinə görə, nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizm və idman sahələrində hələ çox işlər görülməlidir.
Qırğızıstan Prezidenti qeyd edib ki, tərəflər strateji tərəfdaşlıq ruhunda ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair məzmunlu danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi apardı. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini xarakterizə edən tam qarşılıqlı anlaşma, açıqlıq, etibar mühitində keçdi.
“Biz strateji tərəfdaşlığın fəallaşdırılması və genişləndirilməsi istiqamətində kursun dəyişməzliyini təsdiq etdik”, - deyə S.Japarov vurğulayıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət