Cari ilin I yarısında Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 24-ü mənfəətlə işləyib.
“İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin birinci yarısında bank sisteminin xalis mənfəəti 401 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.6% çoxdur.
Cari ilin ilk yarısında mənfəətlə işləyən 24 bankın xalis mənfəəti 406 milyon manat olub.
2 bank isə yarımili zərərlə bitirib. Zərərlə işləyən bankların məcmu zərəri 5 milyon manat olub və bu bankların aktivlərinə görə sektorda payı cəmi 0.87% təşkil edib.
AMB sektorun aktivlərinin artım tempinin mənfəətliliyin artım tempindən yüksək olduğunu və bunun da ROA göstəricisinin azalmasını şərtləndirdiyini qeyd edir. I yarımilliyin yekunları üzrə ROA göstəricisi 2021-ci ildəki 2,2%-ə qarşı 2% (2019-cu ildən bəri ən aşağı göstərici – İF) azalıb. Yanvar-iyun aylarında bank sektorunun ROE göstəricisi 0.2 f.b. artaraq 15.3% olub.
Mərkəzi Bankın məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında xalis faiz gəlirlərinin 207 milyon manat və yaxud 28.3%, qeyri-faiz gəlirlərinin isə 115 milyon manat və ya 27% artması bank sektorunun nominal mənfəətliyinin artmasını təmin edib.
Hesabat dövründə bankların faiz gəlirləri istehlak və biznes kreditləri hesabına formalaşıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət