2025-ci ilədək Azərbaycan-Gürcüstan-Türkiyə sərhədinədək yeni 500 kV-luq xəttin tikintisi planlaşdırılır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Elektrik enerjisinin ötürülmə imkanlarının artırılması üçün ilin sonunadək Azərbaycan və Gürcüstan arasında yeni ikidövrəli 330 kVt-luq "Qardabani" EVX-nin istismara verilməsi, 2025-ci ilədək Azərbaycan-Gürcüstan-Türkiyə sərhədinədək yeni 500 kV-luq xəttin tikintisi və çevirici yarımstansiyanın genişləndirilməsi ilə əlavə 700 MVt ötürmə imkanının yaradılması planlaşdırılır. Bununla da, elektrik enerjisinin Gürcüstana ötürülən həcmi 1400 MVt, Türkiyəyə ötürülən həcmi isə 1050 MVt təşkil edəcək”, - deyə nazir “Respublika” qəzetində dərc olunmuş məqaləsində bildirib.
O qeyd edib ki, ötən il Azərbaycan 1,67 mlrd. kVt·st elektrik enerjisi ixrac edib. Bu ilin 9 ayı ərzində elektrik enerjisinin ixracı 775,5 mln. kVt·st artaraq 1,8 mlrd. kVt·st təşkil edib. Türkiyəyə 940,5 mln. kVt·st, Gürcüstana 694,1 mln. kVt·st, İrana 95,6 mln. kVt·st, Rusiyaya 75,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib. Elektrik enerjisinin idxalı isə bu dövrdə azalaraq 104,9 mln. kVt·st olub.
2013-cü ildə 500 kV-luq Samux-Qardabani hava elektrik verilişi xəttinin istismara verilməsi nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü vasitəsilə Azərbaycandan Gürcüstana və Türkiyəyə, gələcəkdə isə Qara dəniz və Şərqi Avropa ölkələrinə elektrik enerjisinin ixracına texniki imkanlar yaranıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət