21-27 oktyabr tarixlərində Ermənistana göndəriləcək “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrup ATƏT mandatına malik deyil və təşkilatla heç bir şəkildə əlaqələndirilə bilməz. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.
“ATƏT Katibliyinin “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi ilə bağlı qeyd edək ki, belə bir missiya məsələsi ATƏT-in hər hansı bir kollektiv qərar verici orqanı tərəfindən heç zaman müzakirə olunmayıb və nəticədə bu barədə heç bir qərar qəbul edilməyib. Bununla da, “ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilməyəcək”, - deyə şərhdə bildirilir.
XİN vurğulayır ki, Ermənistanın irəli sürdüyü bu birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil və belə bir səfərin istənilən nəticəsi müvafiq olaraq qiymətləndiriləcək.
“30 ilə yaxın bir müddətdə Azərbaycana qarşı hərbi təcavüzün dayandırılması və onun ağır nəticələrinin aradan qaldırılması istiqamətində səylərin, eləcə də hətta keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə aid olmayan məsələlər ilə bağlı missiyaların ATƏT tərəfindən bir qayda olaraq konsensusa istinadla qarşısının alınması kontekstində bu addım ciddi sual doğurur”, - deyə şərhdə bildirilir.
“Fakt budur ki, ATƏT-in 2005 və 2010-cu illərdə Azərbaycanın o zaman işğal altında olan ərazilərinə iki missiyasının Ermənistanın aşkar destruktiv mövqeyinə görə ATƏT çərçivəsində konsensusla razılaşdırılması illər çəkmişdi. Azərbaycanın işğal olunmuş ərazilərində saysız-hesabsız qeyri-qanuni fəaliyyət, o cümlədən bu ərazilərdə qanunsuz məskunlaşma faktları nəzərə alınaraq, 2020-ci ilə qədər Azərbaycanın növbəti belə missiyası ilə bağlı müraciəti yenə də Ermənistanın müqaviməti nəticəsində baş tutmayıb”, - deyə şərhdə vurğulanır.*
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət