“BP-Azerbaijan” şirkəti 2022-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 18 milyard kubmetr qaz hasil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 12,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından təxminən 27 milyon barel kondensat (3 milyon tondan çox) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,5% çoxdur.
“Hazırda yatağın hasilat gücləri gündəlik təxminən 73 milyon kubmetr və ya illik 26,5 milyard kubmetrdən çoxdur”, – deyə məlumatda bildirilir.
Bu dövrdə “Şahdəniz” konsorsiumunun yatağın işlənməsi üzrə xərcləri $2 milyard 86 milyon (azalma 0,4%), layihə üzrə istismar xərcləri $1 milyard 772 milyon, əsaslı xərclər $314 milyon təşkil edib. Əsaslı xərclərin böyük həcmi “Şahdəniz-2” layihəsi üzrə işlərin payına düşüb.
9 ay ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə gündəlik 56,1 milyon kubmetr qaz (2021-ci ilin yanvar-sentyabr aylarında 46,8 milyon kubmetr) nəql olunub. Hesabat dövründə CQBK üzrə istismar xərcləri $49 milyon, əsaslı xərclər $4 milyon təşkil edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 23 milyard kubmetr qaz (artım 27,1%) hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət