2020-ci ilin noyabr ayından etibarən Qarabağ və Şərqi Zəngəzurda 268 Azərbaycan vətəndaşı mina partlayışından zərər çəkib, onlardan 45 nəfər həlak olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından (Qarabağ və Şərqi Zəngəzurda - İF) zərər çəkib: 35 mülki şəxs də daxil olmaqla 45 nəfər həlak olub. Daha 223 nəfər xəsarət alıb”, - XİN-in bəyanatında deyilir.
Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan işğal dövründə təxminən 1 milyon minanı torpaqlarımıza basdırıb. Onun sözlərinə görə, beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, həmin ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 30 il və $25 milyard vəsait lazımdır.
Əliyev vurğulayıb ki, azad edilmiş ərazilərin bərpası üzrə işlərin sürətləndirilməsi və bu regiona Azərbaycan əhalisinin qayıtması üçün əsas əngəl mina təhlükəsidir. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət