2022-ci ilin yekunları üzrə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi rekord $4 milyarda çata bilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir. Bu ilin 10 ayı ərzində ticarət dövriyyəsi $3 milyardı ötüb, ilin yekunları üzrə isə rekord $4 milyard gözləyirik”, - deyə o bildirib.
Lavrovun sözlərinə görə, Rusiyanın iqtisadi operatorları, həmçinin azərbaycanlı həmkarlarla birgə layihələrdə, o cümlədən Azərbaycan ərazilərinin bərpasında fəal şəkildə iştirak etməyə hazırdır. “Gündəlikdə bir sıra iri layihələrin, o cümlədən “QAZ” yük maşınlarının istehsalı, “Rusiya helikopterləri” servis mərkəzinin inkişaf etdirilməsi kimi mühüm layihələrin həyata keçirilməsi durur”, - deyə o əlavə edib.
Öz növbəsində, Bayramov RF ilə ticarət və investisiya münasibətlərində müsbət dinamikanın davam edəcəyinə ümidvar olduğunu bildirib. “Ticarət-iqtisadi və investisiya əməkdaşlığının, elmi-texniki əməkdaşlığın və humanitar əlaqələrin uğurlu inkişafından danışarkən, ölkələrimiz arasında təsdiq edilmiş və razılaşdırılmış yol xəritələrinin icrasının vacibliyini ayrıca qeyd etmək lazımdır. Artıq qeyd olunub ki, 2022-ci il növbəti uğurlu ildir və 10 ayın yekunları üzrə ticarət dövriyyəsi $3 milyardı ötüb və bu, 20% artım deməkdir. Hesab edirik ki, bu müsbət dinamika ilin sonuna qədər saxlanılacaq”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət