Dekabrın 4-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX tərəfindən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:00 radələrində Astara rayon Pensər kəndi ərazisində 07-BF-653 dövlət qeyydiyyat nişanlı “Ford tranzit” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.
Avtomobili idarə edən şəxsin Astara rayon Pensər kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Güloğlan Həsənağa oğlu olması müəyyən edilib.
Avtomobilə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kq 70 qram “heroin”, 11 kq 620 qram “həşiş”, 4 kq 525 qram “marixuana”, 4 kq 40 qram “tiryək”, 2 kq 820 qram “metamfetamin” və 4190 ədəd “metadon-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət