2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $17 milyard 710,6 milyon və ya ÜDM-in 30,7%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3 milyard 939,1 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-sentaybr aylarında profisit 4,5 dəfə artıb.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə profisit $21 milyard 447,7 milyon (artım 2,6 dəfə), qeyri-neft sektoru üzrə kəsir $3 milyard 737,1 milyon (azalma 12,1%) təşkil edib.
2022-ci ilin yanvar-sentyabr aylarında bir barel neftin orta qiyməti $106,6 (2021-ci ilin müvafiq dövründə $61,9) təşkil edib.
Yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsinin həcmi $40,2 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $21,2 milyard (artım 3,3 dəfə) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 9,5%-i MDB, 90,5%-i uzaq xarici ölkələrin payına düşüb.
$30 milyard 712,6 milyon həcmində ixracın (artım 2,2 dəfə) strukturunda neft-qaz ixracı $28 milyard 673 milyon (artım 2,3 dəfə), neft və neft məhsullarının ixrac həcmi $0,5 milyard, o cümlədən neft ixracı $15,9 milyard, qaz ixracı $12,3 milyard təşkil edib.
$9 milyard 534,6 milyon həcmində idxalın (artım 27,4%) strukturunda $4 milyard istehlak mallarının, o cümlədən $1,4 milyard ərzaq mallarının payına düşüb. Bu dövrdə ölkəyə $414,4 milyon dəyərində (bütün idxalın 4,3%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8 milyard 291,6 milyon və ya ÜDM-nin 15,2%-ni təşkil edib. Profisit neftin qiymətinin daha yüksək olması ilə şərtlənib (2021-ci ildə bir barel neftin orta qiyməti $66,8, 2020-ci ildə $40,8 təşkil edib).
AMB 2022-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 23-25%-I səviyyəsində gözləyir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət