Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən, müəyyən edilir ki, investisiya təşviqi sənədi aşağıdakı layihələri təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara 2023-cü il yanvarın 1-dən 3 il ərzində verilir: sənaye məhəllələrində və aqroparklarda həyata keçiriləcək layihələr; turizm və rekreasiya zonalarında həyata keçiriləcək layihələr; Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələr; Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələri üçün.
Həmçinin, paylarının (səhmlərinin) 30%-i və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə qeyd olunan layihələr üzrə investisiya təşviqi sənədi verilmir.
Nazirlər Kabineti investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısını üç ay müddətində təsdiq etməlidir.
O cümlədən, İqtisadiyyat Nazirliyi: strateji investisiya layihələrinin istiqamətlərinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub.
Bundan əlavə, prezident bu fərmanın şamil olunacağı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ”i təsdiq edib. Xüsusilə, sənaye məhəllələrində layihələr üçün investisiyanın minimual məbləği - 0,5 milyon manatdan 1 milyon manatadək, aqroparklarda - 0,2 milyon manatdan 0,5 milyon manatadək, turizm və rekreasiya zonalarına – 0,2 milyon manatdan 0,5 milyon manatadək, müvafiq ərazilərdə - 0,3 milyon manatdan 1 milyon manatadək təşkil edəcək (tam mətn ilə saytında tanış olmaq mümkündür). **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət