"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) perspektivdə daxili bazarda yerləşdirmək üçün $50 milyon məbləğində istiqrazların emissiyasını həyata keçirə bilər. Bu barədə ASCO-nun sədri Rauf Vəliyev bəyan edib.
“ASCO Azərbaycan İnvestisya Holdinqindən $150 milyon məbləğində istiqrazların buraxılmasına dair icazəyə malikdir. Hələlik biz$100 milyon dəyərində istiqrazlar buraxırıq, perspektivdə daha $50 milyon məbləğində istiqrazların emissiyasını planlaşdırırıq”, - Vəliyev çərşənbə günü jurnalistlərə deyib.
O, həmçinin məlumat verib ki, 2022-ci ilin yekunları üzrə ASCO-nun mənfəət göstəricisinin 2021-ci ilin gstəricisi ilə müqayisədə 40-50% artımı gözlənilir (2021-ci ildə gəmiçiliyin xalis mənfəəti 51,8 milyon manat və ya $30,5 milyon təşkil edib - İF).
Daha əvvəl Vəliyev çərşənbə günü məlumat verib ki, ASCO istiqrazlar bazarına çıxır, 5 illik müddətli $100 milyon dəyərində istiqrazlar buraxır. Emissiyanın həcmi $100 milyon, müddəti – 5 il təşkil edəcək. Emissiya bir qiymətli kağızın nominalı $1 min olan 100 min istiqraza bölünüb İstiqrazlar üzrə gəlirlilik illik 6%, kupon ödənişi 6 aydan bir həyata keçiriləcək.
İstiqrazların yerləşdirilməsindən cəlb olunan vəsait Xəzər dənizindən kənarda ASCO-nun fəaliyyətinin genişləndirilməsinə və beynəlxalq sularda istifadə üçün daha böyük yeni tipli gəmilərin (Alfamax, Handysize və s.) alınmasına yönəldiləcək.
ASCO-nun istiqrazları Bakı Fond Birjasının meydançasında yerləşdiriləcək. Anderrayter qismində PAŞA Kapital İnvestisiya şirkəti çıxış edir. İstiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə bilərlər.
İstiqrazların tədavülü həm ilkin, həm də təkrar bazarda həyata keçiriləcək. Abunə yazılışının müddəti 60 gün təşkil edir.
Prezident İlham Əliyev 2013-cü ilin oktyabr ayında “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC və SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. Bu qurumların əmlakı yeni cəmiyyətin balansına verilib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət