Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın milli valyutasında ifadə edilmiş ilk istiqraz emissiyası çərçivəsində 8,4 milyon manat (təxminən $4,9 milyon) cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi AİB-in məlumatına istinadən xəbər verir ki, emissiya Azərbaycan manatında ifadə edilmiş, ancaq ABŞ dollarına bağlı istiqraz kimi strukturlaşdırılıb.
İstiqrazların tədavül müddəti 2,5 il, illik kupon faizi isə 6%-dir. İstiqraz “Goldman Sachs International” tərəfindən təşkil edilib.
İstiqrazlar Lüksemburq Birjasında kotirovka olunur.
İstiqraz buraxılışından əldə olunan vəsaitlə “Avrora” MMC-nin “COVID-19 böhranı zamanı əsas qida təchizat zənciri” layihəsi birbaşa maliyyələşdiriləcək. Layihə əsas likvidlik dəstəyini təmin edir, həmçinin buğda unu, makaron məmulatları, peçenye və süd məhsulları kimi əsas qida məhsullarının istehsalı və paylanması ilə ərzaq təhlükəsizliyinə töhfə verir.
AİB-in qiymətləndirmələrinə görə, yerli valyutada istiqraz emissiyaları, həmçinin Azərbaycanda kapital bazarının inkişafının dəstəklənməsinə də yönəldilib.
Xəbər verildiyi kimi, AİB 2021-ci ildə “Avrora” MMC-yə dövriyyə kapitalının maliyyələşdirilməsi üçün $5,9 milyon məbləğində kredit ayırıb. “Avrora” MMC kredit vəsaitini COVID-19 pandemiyası zamanı fermerlərin və pərakəndə satıcıların fəaliyyətinin dəstəklənməsinə və Azərbaycanda təhlükəsiz qida təchizatı zəncirinin təmin edilməsinə yönəldib. 3 il müddətinə ayrılan kredit şirkətin 3 minə yaxın əməkdaşını, 1,5 minə yaxın fermeri və 12 min ailəyə məxsus kənd mağazasını dəstəkləməyə imkan verir.
“Avrora” MMC Azərbaycanda üçüncü ən böyük qida və içki istehsalçısı və distribyutorudur.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5,2 milyarddan artıq məbləğdə kredit və qrant ayırıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət