2022-ci ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 24 milyon 201,67 min ton neft ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $19 milyard 483 milyon 623,56 min dəyərində (artım 47,4%) neft ixrac edilib.
2022-ci ildə ixracın ümumi strukturunda neftin payı 51,08% (2021-ci ildə 59,53% - İF) təşkil edib.
Hesabat dövründə 30 ölkə Azərbaycan neftinin alıcısı olub. DGK-nın məlumatına görə, onların arasında İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır. 2022-ci ildə neft ixracının 34,2%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və Hindistan da daxil olub.
İspaniya, Xorvatiya, Böyük Britaniya, Çexiya, Portuqaliya, Almaniya, İndoneziya və digər ölkələr daimi alıcılar sırasındadır. Dekabrda Norveç də Azərbaycandan neft alan ölkələrin sırasına qoşulub.
2022-ci ildə Azərbaycandan 2021-ci ildə fəal şəkildə neft almış Çin, Kanada və bir sıra digər ölkələr siyahıda yer almır.
2022-ci ildə Rusiya, Bolqarıstan və Gürcüstana da az həcmdə neft ixrac edilib.
2022-ci ildə əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton): |
Gəlir, min $ |
İtaliya |
8 902 201.85 |
6 640 524.17 |
İsrail |
2 289 417.59 |
1 672 358.20 |
Hindistan |
2 016 842.39 |
1 625 428.01 |
İspaniya |
1 393 132.02 |
998 958.11 |
Xorvatiya |
1 159 692.58 |
952 386.35 |
Çexiya |
1 193 948.77 |
919 890.51 |
B.Britaniya |
926 011.63 |
752 508.07 |
Portuqaliya |
1 020 358.90 |
742 619.12 |
İndoneziya |
795 015.24 |
605 892.08 |
Almaniya |
801 440.82 |
563 706.60 |
Türkiyə |
768 725.69 |
502 220.05 |
Tunis |
667 311.93 |
498 823.54 |
Vyetnam |
607 603.34 |
491 270.85 |
İrlandiya |
521 509.25 |
399 044.29 |
Rumıniya |
538 424.03 |
378 607.28 |
Ukrayna |
506 359.30 |
304 578.84 |
Tayland |
404 990.99 |
257 211.41 |
Yunanıstan |
326 382.38 |
247 754.79 |
İsveçrə |
264 864.95 |
232 002.72 |
Tayvan (Çinin vilayəti) |
277 707.09 |
207 624.37 |
Avstarliya |
156 418.00 |
138 977.88 |
Avstriya |
134 447.20 |
90 016.75 |
Norveç |
90 094.23 |
64 180.95 |
Niderland |
82 680.85 |
62 240.63 |
Belarus |
84 893.31 |
57 590.07 |
Fransa |
46 300.13 |
43 447.48 |
Malayziya |
46 243.85 |
33 070.29 |
Rusiya |
710.65 |
419.99 |
Bolqarıstan |
471.01 |
268.72 |
Gürcüstan |
1.70 |
1.44 |
**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət