2023-cü ilin yanvar ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 1 milyard 472 milyon 68,514 min manat təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 20% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
646 milyon 863,141 min manat (artım 8,3%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 183 milyon 342,341 min manat (artım 7,6%) olub. İlkin bazarda 140 milyon 777,826 min manatlıq, təkrar bazarda 41 milyon 564,515 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 464 milyon 520,8 min manat (artım 8,6%) təşkil edib. İlkin bazarda 352 milyon 577,528 min manatlıq, təkrar bazarda 111 milyon 943,272 min manatlıq not yerləşdirilib.
Yanvarda BFB-nin ümumi dövriyyəsində 35 milyon 949,115 min manat (azalma 2,1 dəfə) korporativ bazarın, o cümlədən 1,09 milyon manat ilkin bazarın, 34 milyon 859,115 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 15 milyon 598,613 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 19 milyon 647,519 min manat, səhmlərin yerləşdirilmə həcmi 702,984 milyon manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 789 milyon 256,258 min manat (artım 1,7%) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, yanvarın sonuna birjanın kapitallaşması 4 milyard 91 milyon 686,328 min manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2,4% azdır.
Xəbər verildiyi kimi, 2022-ci ildə BFB-nin dövriyyəsi 14 milyard 947 milyon 984,521 min mnaat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 2,3% azdır. 2021-ci ildə dövriyyə 18,6% - rekord 15,3 milyard manata çatıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət