2023-cü ilin yanvar ayında Azərbaycanda 2,7 milyon ton neft hasil edilib, 2,1 milyon ton neft ixraca nəql olunub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay Azərbaycanda 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 1,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib”, - deyə məlumatda bildirilib.
Hesabat dövründə 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşür.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar ayında Azərbaycanda 2,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib, 2,3 milyon ton neft ixraca nəql olunub. Beləliklə, 2023-cü ilin hesabat ayında neft (kondensatla birlikdə) hasilatı 6,9%, ixracı isə 8,7% azalıb.
2023-cü ilin yanvar ayında ölkədə neftin emalı 559 milyon ton (azalma 4,1% - İF) təşkil edib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 568,5 milyon ton neft, “Şahdəniz”dən isə 40,6 milyon ton kondensat çıxarılıb. Bundan 01 fevral 2023-cü il tarixinədək 607 milyon tondan çox neft və kondensat ixraca nəql edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət