Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə ölkə daxilində ödəniş kartları vasitəsilə nağdsız hesablaşmaların xüsusi çəkisinin 48%-ə çatdırılmasına hədəflənib.
2022-ci ilin yekunları üzrə bu göstərici 43,2% (2021-ci ilin göstəricisindən + 11,4 f.b.) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
Bankın məlumatına görə, 2022-ci ildə Azərbaycan daxilində kart vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 56,4 milyard manat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 56% çoxdur. Hesabat dövründə kartlar vasitəsilə nağdsız əməliyyatların həcmi 2,1 dəfə - 24,4 milyard manatadək artıb.
Ödəniş kartları ilə nağdsız əməliyyatların əksə hissəsi elektron ticarətin payına düşüb. Xüsusilə, 2022-ci il ərzində 18 milyard 515 milyon manat məbləğində (artım 2,5 dəfə) elektron ticarət çərçivəsində əməliyyatların sayı 261 milyon ədəd (artım 2,4 dəfə) təşkil edib.
2022-ci ildə təsərrüfat obyektləri pos-terminallar vasitəsilə nağdsız əməliyyatların sayını 89,4% - 199 milyon ədədə qədər artırıblar. Bu cür əməliyyatların həcmi 47,7% - 5,8 milyard manatadək artıb. Həmçinin, pos-terminallardan istifadə etməklə təmassız ödənişlərin sayı 2,6 dəfə - 183,2 milyon ədədə qədər, həcmi 2 dəfə - 4,9 milyard manatadək artıb.
AMB-nin məlumatına görə, 1 yanvar 2023-cü il tarixinə Azərbaycanda 13,631 milyon ödəniş kartı dpvriyyədədir (1 yanvar 2022-ci ilin göstəricisindən +19%), bunun 9,833 milyonu (artım 31%) və ya 72%-i təmassız ödənişləri dəstəkləyir. Kartların 87%-i (11,8 milyon ədəd) – debet, 13%-i (1,8 milyon) – kredit kartlarıdır.
“2023-cü ildə AMB bazarda təmassız ödəniş kartlarının payının 75%-dək artırılmasına hədəflənib”, - bankdan əlavə ediblər. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət