Qazaxıstanda magistral neft kəmərlərinin operatoru “QazTransOil” Türkiyənin Ceyhan dəniz terminalında yüklənmə əməiyyatlarının müvəqqəti dayandırılması ilə əlaqədar daha sonra Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunmaqla fevralda Aktau limanından Bakıya neft tranzitinə başlamayıb.
“Fevralın 7-də “QazTransOil” SC-yə Ceyhan dəniz terminalında yüklənmə əməiyyatlarının müvəqqəti dayandırılması ilə əlaqədar fors-majorhallarıba dair xəbərdalıq daxil olub. Bununla əlaqədar, daha sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunmaqla Aktau limanından Bakıya neft ixracı dayandırılıb”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, Qazaxıstan neft ixracı marşrutlarının şaxələndirilməsi məqsədilə BTC ilə tədarükə başlamağa dair razılıq əldə edib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC boru kəməri ilə nəql olunur. Həmçinin boru kəməri ilə Xəzər regionun bir sıra digər ölkələrindən neft və kondensat nəqli həyata keçirilir.
Fevralın 6-da səhər saatlarıbda Türkiyədə baş vermiş zəlzələdən sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Ceyhan terminalının Türkiyə hissəsinin operatoru neftin tankerlərə yüklənməsi əməliyyatlarını müvəqqəti dayandırıb. BP-nin məlumatına görə, həmin əməliyyatlar fevralın 12-də bərpa edilib. Şirkətin proqnozlarına əsasən, yaxın gələcəkdə Ceyhan terminalından tankerlərə neft yüklənmə əməliyyatları əvvəlki rejimə qayıdacaq. Türkiyədə boru kəmərində, nasos stansiyaları və s. daxil olmaqla, Bakı-Tbilisi Ceyhan neft kəməri obyektlərində aparılan yoxlama zamanı zəlzələ nəticəsində ciddi zərərin dəymədiyi aşkarlanıb. etməyib.
Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC Videsh (2,36%) şirkətləridir.**
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət