Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İrəvanda Laçın rayonu ilə Ermənistan arasında sərhəddə və mümkün Zəngəzur dəhlizinin hər iki başında nəzarət-buraxılış məntəqlərinin (NBM) yaradılması ilə bağlı Azərbaycanın təklifinə qarşı çıxış ediblər.
“Həqiqətən Münhendə nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə əlaqədar ideya səsləndirilib. (…) Lakin bizim cavabımız birmənalıdır və dəfələrlə səsləndirilib və dəyişməz olaraq qalır. Laçın dəhlizinin parametrləri müzakirə edilib. Söhbət 9 noyabr 2020-ci il tarixli sənəddən gedir", - Mirzoyan çərşənbə günü İrəvanda Lüksemburq XİN başçısı Jan Asselborn ilə birgə mətbuat konfransında bəyan edib.
Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Münhendə Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşün yekunlarına dair jurnalistlərə bəyan edib ki, Bakı Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib – “həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə”. “Biz bu təklifi vermişik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi”, - Əliyev bildirib.**
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət