2023-cü ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $284,5 milyon təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi (2022-ci ilin yanvar ayındakı $74 minə qarşı $72,4 milyon, pambıq mahlıcı ($15,5 milyon, azalma 30,2%), meşə fındığı ($11,8 milyon, azalma 25,8%), xurma ($10,8 milyon, azalma 36,8%), pomidor ($10,5 milyon, artım 23,4%), dozalara bölünmüş dərman preparatları ($10,5 milyon, ötən il ixrac həyata keçirilməyib), ilkin formalı polipropilen ($9,6 milyon, azalma 6,8%) və metanolun ($8,4 milyon, azalma 29,4%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($106,7 milyon, artım 51%), Rusiya ($68,1 milyon, azalma 4,2%), Gürcüstan ($24,5 milyon, artım 69%), Ukrayna ($13,1 milyon, artım 3,9 dəfə) və İsveçrə ($7,3 milyon, azalma 3,9%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 37,5%-i Türkiyənin, 24%-i Rusiyanın payına düşüb.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət