Xarici işlər naziri Ceyhun Bayramov Bakının İrəvanla münasibətlərin normallaşmasına sadiq olduğunu bildirib və eyni zamanda, bu məsələdə Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib.
“Bu gün biz üçtərəfli sazişlərin (Azərbaycan, Ermənistan, Rusiya – İF) həyata keçirilməsi məsələsini müzakirə etdik. Azərbaycanın mövqeyi tamamilə ardıcıl və aydındır. Bütün çətinliklərə baxmayaraq, biz 5 prinsip əsasında sülh gündəliyinə sadiqik”, - deyə XİN başçısı bu gün Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
Bayramov əlavə edib ki, Ermənistanın siyasəti qeyri-konstruktiv xarakter daşıyır. “Biz Ermənistan tərəfinin daim yaratdığı müxtəlif maneələri (sülh müqaviləsinin imzalanması məsələsində - İF) müşahidə etmişik, üçtərəfli razılaşmaları dəfələrlə kobud şəkildə pozduğunu qeydə almışıq. Ermənistan tərəfi öz mövqeyini nə qədər tez dəyişsə, bu, münasibətlərin normallaşması prosesinə bir o qədər yaxşı təsir göstərəcək”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Laçın yolu ətrafındakı vəziyyətlə bağlı dünya ictimaiyyətini çaşdırır, bu vəziyyət ətrafında lüzumsuz ajiotaj yaradır və dialoqdan imtina edir.*
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət