Transxəzər qaz kəmərinin tikintisi Azərbaycanın layihəsi deyil, bu layihədə Azəbaycan ancaq tranzit ölkə rolunu oynayır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Transxəzər (qaz kəməri -İF) bizim layihə deyil. Bu layihədə biz tranzit ölkə hesab olunuruq. Biz artıq dəfələrlə, həmçinin mən aydın şəkildə bəyan etmişəm ki, əgər dostlarımız və Xəzər üzrə tərəfdaşlarımız boru kəməri inşa etmək qərarına gəlsələr, biz zəruri tranziti təmin etməyə hazırıq. Lakın, mənə məlum olduğu qədər, hələlik maliyyə mənbəyinin qeyri-müəyyənliyi ilə əlaqədar məsələ hələlik həll olunmayıb”, - Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, 30 milyard kubmetr gücündə qaz kəmərinin tikintisi üzrə xərcələrin yükünü kimin daşıyacağı hələlik aydın deyil. “Bunun hansısa Avropa şirkətləri və ya Aİ-nin vəsaiti olacağı aydın deyil”, - prezident bildirib.
Prezident vurğulayıb ki, Tranxəzər qaz kəməri layihəsi artıq uzun illər ərzində müzakirə olunur. “Yadımdadır, ən azı son 10 il ərzində bu müzakirə olunur. Bu məsələ müzakirə edilərkən biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizini tikdik, biz (bu gün - İF) Avropaya «yaşıl» enerji ötürmə xəttini çəkirik, Transxəzər (qaz kəməri - İF) məsələsi isə hələ də müzakirə olunacaq. Vəziyyət belə mürəkkədir", - o qeyd edib.
Həmçinin, Əliyev əlavə edib ki, “Azərbaycanın təşəbbüs etdiyi bütün layihələr ya artıq uğurla tamamlanıb və ya şübhəsiz ki, uğurlu olacaq”. **
R.Əhmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət