Azərbaycan azad olunmuş ərazilərin Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə layihələrin reallaşdırılmasına dair Türkiyə şirkətləri ilə dəyəri $3 milyarddan çox podrat müqavilələri imzalayıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“2020-ci ildə Qarabağ və Şərqi Zəngəzur erməni işğalından azad ediləndən sonra Azərbaycan həmin ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirir. Azərbaycan, Ermənistan tərəfindən tamamilə dağıdılmış geniş ərazilərə həyatı qaytarır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. İndiyədək Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri $3 milyarddan çoxdur”, - Əliyev cümə axşamı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qurur. “Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir. Azərbaycan 2021-2022-ci illərdə azad edilmiş ərazilərdə yenidənqurma işlərinə $4 milyarda yaxın vəsait yönəldib. Bu il biz bu məqsədlərə ən azı $1,7 milyard ayırmağı planlaşdırırıq”, - Əliyev əlavə edib.
Prezident bildirib ki, TDT ölkələri Qarabağ və şərqi Zəngəzurun bərpasında iştirak edirlər. Xüsusilə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş ərazilərə üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayılda olub.
Əliyev, həmçinin işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevə minnətdarlığını bildirib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət