2023-cü il yanvarın 1-nə Azərbaycanın dövlət büdcəsinə vergi borcları 2 milyard 356,7 milyon manat məbləğində (2021-ci ilin sonuna 1 milyard 896,6 milyon manat) qiymətləndirilir, 2022-ci il ərzində artım 24,2% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2023-cü il yanvarın 1-nə əsas vergi borcunun məbləği 1 milyard 506,5 milyon manat, maliyyə sanksiyaları 223,7 milyon manat, cərimələr 626,5 milyon manat təşkil edib.
Bütövlükdə 92,5 min vergi ödəyicisinin vergi borcu var.
Hökumətin məlumatına görə, 1 yanvar 2023-cü il tarixinə vergi ödəyicilərinin məcburi sosial sığorta ayırmaları üzrə borcu 213,3 milyon manat (2022-ci ildə artım 6,8%), işsizlikdən icbari sığorta ayırmaları üzrə borcu 3,6 milyon manat (+44%), icbari tibbi sığorta ayırmaları üzrə borcu 12 milyon manat (+2 dəfə) məbləğində qiymətləndirilir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət