Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin açılışında iştirak edəcəklər.
“İki ölkənin mədəniyyət ongünlüklərinin keçirilməsi barədə razılaşmanı xüsusi vurğulamaq istəyirəm. Qazaxıstan mədəniyyət günləri artıq bu il keçiriləcək. Bu gün biz hörmətli Azərbaycan Prezidenti ilə birlikdə görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin adını daşıyan küçənin açılışını edəcəyik. Bu hadisəni Azərbaycan xalqının böyük oğlunun 100 illiyinə həsr edəcəyik”, - deyə Tokayev Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
Onun sözlərinə görə, qazax xalqının Azərbaycana hədiyyəsi – Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ölkələrimizin səmimi dostluğuna və qarşılıqlı dəstəyinə daha bir parlaq sübutdur. “Mənə bildiriblər ki, bu obyektin tikintisi kifayət qədər sürətlə həyata keçirilir. Fikrimcə, lap yaxın vaxtlarda biz bu obyektin fəaliyyətə başlamasını görə biləcəyik. Biz bundan sonra da hərtərəfli humanitar əlaqələri hər vasitə ilə inkişaf etdirmək, ortaq mənəvi-mədəni dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik”, - deyə Qazaxıstan lideri vurğulayıb.
Öz növbəsində, Əliyev Tokayevi Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasiminə dəvət edib.
“Heydər Əliyevin xatirəsinin ehtiramla yad edilməsinə, Qazaxıstan paytaxtının mərkəzi küçələrindən birinə onun adının verilməsinə görə bir daha öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. İşğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilməsi barədə Sizin şəxsi qərarınıza görə də təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi həqiqətən çox sürətlə gedir və fürsətdən istifadə edib Sizi bu mərkəzin açılışı mərasiminə dəvət etmək istəyirəm”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
O əlavə edib ki, bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq, ona görə ki, biz dağıdılmış infrastrukturun, o cümlədən sosial infrastrukturun bərpa edilməsi üzrə çox böyük işlər görməliyik. Qardaş Qazaxıstanın belə bir təşəbbüsü, əlbəttə, bütün azərbaycanlılarda böyük təşəkkür hissi doğurur.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət