Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında telefon danışığı baş tutub. Bu barədə “Rosselxoznadzor”un məlumatında deyilir.
Söhbət zamanı tərəflər ölkələr arasında ticarət münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd ediblər.
“Bu il Rusiya Azərbaycana diri heyvan, quş əti, kartof, buğda unu və buğda tədarükünü artırıb. Azərbaycan Rusiyaya aparıcı meyvə və tərəvəz ixracatçılarından biri olaraq qalmaqdadır. Rusiyaya bitkiçilik məhsullarının fasiləsiz tədarükünü təmin etmək üçün “Xudat” nəqliyyat-logistika qovşağının ərazisində karantin fitosanitar nəzarətinin optimallaşdırılması imkanları öyrənilir”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunub ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanda “Qida təhlükəsizliyi haqqında” Qanun qüvvəyə minib. Qanuna əsasən, üçüncü ölkələrin müəssisələrinin Azərbaycan bazarına çıxış qaydaları müəyyən olunub. Bununla əlaqədar Azərbaycanla ticarətdə maraqlı olan Rusiya şirkətlərində yoxlamalarının aparılması qaydası müzakirə olunub.
Bundan başqa, tərəflər müxtəlif heyvandarlıq məhsulları, o cümlədən balıq yemi istehsal edən Azərbaycan müəssisələrinin ixrac imkanlarının genişləndirilməsi məsələsini müzakirə ediblər.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət