2023-cü ilin yanvar-mart aylarında SOCAR şirkəti 1 milyon 920,491 min ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətin mətbuat xidmətindən məlumat verilir.
SOCAR-ın məlumatına görə, 2022-ci ilin birinci rübdə şirkət tərəfindən 1 milyon 930,062 min ton neft hasil olunub. Beləliklə, 2023-ci ilin yanvar-mart aylarında neft hasilatı 0,5% azalıb.
Birinci rübdə SOCAR üzrə qaz hasilatı 2 milyard 205 milyon 352 min kubmetr (ötən ilin analoji dövründə 1 milyard 917 milyon 971 min kubmetr) təşkil edib. Beləliklə, 2023-cü ilin yanvar-mart aylarında şirkət qaz hasilatını 15% artırıb.
“Hesabat dövründə müvəffəqiyyəti şərtləndirən amillər sırasında maliyyə və işgüzar dayanıqılığın möhkəmlənməsi, əməliyyat effektivliyinin artırılması, rəqəmsal enerji texnologiyalarının tətbiqi, həmçinin əmək təhlükəsizliyinin gücləndirilməsi xüsusi yer tutur. Səmərəli fəaliyyətin nəticələri öz əksini şirkətin əsas istehsalat göstəricilərində də tapıb”, - SOCAR-ın məlumatında deyilir.
2022-ci ildə SOCAR 7 milyon 785,286 min ton neft (azalma 1,4%), 8 milyard 69,963 milyon kubmetr (artım 2,7%) hasil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət