Aprelin 25-dən mayın 1-dək Dövlət Sərhəd Xidməti tərəfindən 87 kq-dan çox narkotik vasitənin və 20 minə yaxın narkotik tərkibli güclü təsiredici vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
“Aprelin 25-də saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi28 kiloqram 100 qramnarkotik vasitə (10 kiloqram 350 qram heroin, 8 kiloqram 100 qram tiryək, 9 kiloqram 650 qram marixuana və 1000 ədəd Metadon M-40 həbləri) aşkar olunaraq götürülüb”, - məlumatda deyilir.
DSX-nin məlumatına görə, aprelin 29-da saat 00:05-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-GE-242 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin ərazidən uzaqlaşması müşahidə edilib. Avtomobilə baxış zamanı ümumi çəkisi14 kq 670 qramnarkotik vasitə (5 kiloqram 115 qram tiryək, 9 kiloqram 555 qram marixuana və 7000 ədəd Metadon M-40 həbləri) aşkar edilib.
Bundan əlavə, aprelin 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi2 kiloqram 470 qramnarkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.
Həmin gün saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi10 kiloqram 600 qramnarkotik vasitə (5 kiloqram 950 qram marixuana, 4 kiloqram 350 qram heroin, 300 qram metamfetamin) və11758 ədədnarkotik tərkibli güclü təsiredici vasitə hesab edilən (3480 ədəd pregabalin-150 mg, 100 ədəd gabapentin, 5778 ədəd Metadon M-40 və 2400 ədəd namadol) həblər aşkar olunaraq götürülüb.
“Hazırda narkotik vasitələrin aşkar olunduğu ərazidən yaşayış kəndlərinə doğru qaçmağa nail olmuş bir nəfər şübhəli şəxsin axtarışı aparılır”, - məlumatda vurğulanır.
Bundan başqa, mayın 1-də saat 04:25-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən zaman sürücü saxlanılıb. Avtomobilə baxış zamanı ümumi çəkisi31 kiloqram 500 qramnarkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.
DSX-dən bildirilir ki, qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət