2023-cü ilin birinci rübünün sonuna Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin və hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 41,6% olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2022-ci ilin sonuna bu göstərici 44,9% təşkil edib. Beləliklə, yanvar-mart aylarında dollarlaşma səviyyəsi 3,3 f.b. azalıb.
AMB-nin məlumatına görə, martın sonuna hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 50% (2022-ci ilin sonuna - 52,8%) təşkil edib.
Aprelin əvvəlinə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 38,2% (2021-ci ilin sonuna - 39,2%) olub.
AMB qeyd edir ki, 2023-cü ilin yanvar mart aylarında ev təsərrüfatlarının əmanətləri üzrə dollarlaşma səviyyəsi (qeyri-rezident fiziki şəxslərin əmanətləri nəzərə alınmadan) 1,1 faiz bəndi – 34,5%-dək azalıb.
2023-cü il martın 31-nə banklarda əmanət və depozitlərin həcmi 34 milyard 554,8 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 4,7% çoxdur. Həmçinin, fiziki şəxslərin əmanətləri 11 milyard 964,39 milyon manat məbləğində (artım 1,9%) qiymətləndirilir.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət