ABŞ dövlət katibi Entoni Blinken gələcək illərdə Vaşinqtonla Bakı arasında münasibətlərin dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
“Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz ortaq ikitərəfli prioritetlərimizin inkişafı üçün Azərbaycanla davamlı əməkdaşlığımızı yüksək qiymətləndiririk”, - deyə Blinken təbrikində bildirib.
O qeyd edib ki, 31 ildən artıqdır davam edən ikitərəfli əlaqələrimiz dönəmində ABŞ ümumi təhlükəsizlik maraqları, enerji əməkdaşlığı və iqtisadi artıma əsaslanan davamlı tərəfdaşlıq qurmaq üçün Azərbaycanla sıx əməkdaşlıq edib.
“Mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm və gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar, həmçinin Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir. Biz Cənubi Qafqazda yaşayanların hamısı üçün daha yaxşı gələcək naminə bu məqsədi dəstəkləməyə tam sadiqik”, - deyə ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş təbrikdə bildirilir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət