2023-cü ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti $19,3 milyard və ya ÜDM-in 22%-ni təşkil edə bilər. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“Biz dəfələrlə qeyd etmişik ki, neft və qazın iri ixracatçısı kimi Azərbaycan postsovet məkanında logistika zəncirlərinin yenidən istiqamətləndirilməsinin və yüksək karbohidrogen qiymətlərinin əsas benefisiarlarından birinə çevrilir. 2023-cü ilin yekunları üzrə biz cari hesabın profisitinin korreksiyasını ötənilki $23,5 milyarddan (ÜDM-in 30%-i) $19,3 milyarda qədər (ÜDM-in 22%-i) proqnozlaşdırırıq”, - deyə bankın Azərbaycan iqtisadiyyatı ilə bağlı icmalında qeyd olunur.
Bankın analitiklərinin qiymətləndirmələrinə görə, 2024-cü ildə neftin qiymətində korreksiya nəzərə alınmaqla cari hesabın profisiti $13,4 milyard və ya ÜDM-in 14%-ni təşkil edə bilər. “Bununla belə, bu, postsovet məkanında ən yüksək profisit səviyyəsi (ÜDM-ə nisbətən – İF) olacaq. Azərbaycanın xarici balansı qeyri-neft-qaz ixracının artması və pul köçürmələrinin sabit axını ilə dəstəklənəcək (2023-cü ilin birinci rübündə artım ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə təşkil edib).
“Qazprombank”da hesab edirlər ki, ortamüddətli perspektivdə Azərbaycanın dövlət büdcəsinin kəsiri azalacaq, 2023-cü ildə büdcə profisitlə icra oluna bilər. “Gözlədiyimiz kimi, 2023-cü ildə Azərbaycanın fiskal siyasəti iqtisadiyyatın bərpası üçün genişmiqyaslı büdcə stimullarının lazım olduğu pandemiya şəraitində daha mühafizəkar olacaq. 2023-cü ildə kəsirin ÜDM-in 2022 və 2021-ci illərdə 3,6% və 4,1%-dən (planlaşdırılmış səviyyə) 2,4%-ə qədər azaldılması planlaşdırılır”, - deyə icmalda vurğulanır.
“2023-cü il dövlət büdcəsi neftin mühafizəkar qiymətinin $50/barel proqnozu əsasında tərtib edilib. Eyni zamanda, ABŞ bank sisteminin artan risklərinə görə bir barelin $77-yə enməsinə baxmayaraq, “Brent” markalı neftin qiyməti büdcədə nəzərdə tutulan səviyyədən 1,5 dəfə yüksək olaraq qalır. Qeyd edək ki, 4 ay ərzində Azərbaycanın büdcəsinin profisiti artıq 3,2 milyard manat və ya ÜDM-in 8,1%-ni təşkil edib. Hesablamalarımıza görə, neftin qiyməti ilin sonuna kimi bu səviyyədə qalsa, Azərbaycanın büdcəsi ÜDM-in təxminən 1%-i qədər profisitlə icra oluna bilər”, - deyə Rusiya bankının analitikləri hesab edirlər.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət