2023-cü ildə Azərbaycan 24 milyard kubmetrdən çox qaz ixrac edəcək, bunun yarısı Avropaya tədarük ediləcək. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bu gün 28-ci Bakı Enerji Forumunda çıxışı zamanı qeyd edib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və “Həmrəylik halqası” layihəsinin işə düşməsi ilə Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 6-dan 10-a çatacaq.
Şahbazov vurğulayıb ki, hazırda Azərbaycan əlavə qaz həcmləri üçün bir neçə mənbə üzərində işləyir.
“Əsas mənbə zəngin qaz ehtiyatlarımızdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, sübut edilmiş ehtiyatlarımız 1,7 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlarımız isə təxminən 4 trilyon kubmetrdir”, - deyə o bildirib.
Şahbazovun sözlərinə görə, Abşeron, Qarabağ, Ümid, Babək və Azəri-Çıraq-Günəşli Dərin Qaz layihələrində qısa və ortamüddətli perspektivdə əlavə qaz həcmlərinin hasil ediləcəyi və tərəfdaşlarımıza ixrac ediləcəyi gözlənilir.
Avropa Komissiyasının nümayəndəsi Kristina Lobillo Borrero isə bildirib ki, 2022-ci ildə Azərbaycandan Avropaya qaz ixracı 40% artıb.
“Azərbaycan Aİ-yə təbii qazın mühüm tədarükçülərindən biridir”, - deyə o vurğulayıb.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. 2021-ci ildə ixracın həcmi 8 milyard kubmetri ötüb, 2023-cü ildə 12 milyard kubmetrə qədər təşkil edəcək, 2027-ci ilədək isə ildə ən azı 20 milyard kubmetrə çatacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. Bundan başqa, 2023-cü ilin sonuna qədər Azərbaycan qazının Macarıstan və Serbiyaya ixracına başlanıla bilər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət